Foto 11:00 08.07.2021

Günel Xəzəlin "Kül rəngi" adlı kitabı çıxdı

Günel Xəzəlin "Kül rəngi" adlı şeirlər kitabı işıq üzü görüb. 

Qaynarinfo xəbər verir ki, müəllifin yüzə qədər şeirdən ibarət ilk kitabı "YEK Production" çap evində 500 nüsxə ilə çap olunub. 

Şeirlər toplusunun redaktoru Salam Sarvandır. Oxucular bu kitabı yaxın günlərdə şəhərimizin kitab dükanlarından əldə edə biləcəklər.