“Günəşin zirvələrdə unudub atdığı qar kimi tənha qalsam da...

“Günəşin zirvələrdə unudub atdığı qar kimi tənha qalsam da..." (FOTO)

"Günəşin zirvələrdə unudub atdığı qar kimi tənha qalsam da..." 

Martın 29-da Xəzər Universitetində "Yaradıcı yazı” dərsinin qonağı olan Salam Sarvanla görüş elə bu misralarla başladı, ilk olaraq Xəzər Süleymanlının ifasında şairin "Yaşaya bilmirəm” şeiri səsləndirildi. 

"Yaradıcı yazı”çılardan Suqra Əliyeva, Səkinə Ələkbərova, Sadiq Mirzəyev onların salamına gələn şairin yaradıcılığını ümumiləşdirən təqdimatla çıxış etdilər, sevdikləri şeirlərindən söylədilər. 

"Dillər və ədəbiyyatlar” departamentinin müəllimi Qardaşxan Əzizxanlı Salamın öz "zaman tənhalığı”nda "təfəkkür, düşüncə qürbətini” poetik deyimlərlə necə yaşadığından danışdı. 

Şeirdən janr tək yox, ədəbiyyatüstü ilahi fakt kimi söz açan S.Sarvan "şairlik mənim başıma qəza kimi gəldi” deyərək ədəbi mühit, poeziya, bütövlükdə həyat haqqında düşüncələrini Artur Keslerin, Atilla Yozefin fikirlərinə də istinad etməklə əsaslandırmağa çalışdı. Şairin son "Heykəl tənhalığı” kitabından oxuduğu şeirlər "Xəzər”li tələbələr üçün əsl poeziya dərsi oldu.
XƏBƏRLƏR
BLOGLAR