Dünya 15:07 03.02.2019

Güneyli siyasi fəal evinin qarşısında vəhşicəsinə döyüldü (FOTO)

İranda Güney azərbaycanlı milli fəallara qarşı təzyiqlər davam edir. 

Güney Azərbaycan Milli Oyanış Hərəkatı İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, fevralın 2-də Xudafərində milli hərəkatçı Şükür Qəhrəmani naməlum şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər Şükür bəyi evinin qarşısında ağacla döyüblər. 

Qeyd edək ki, ixtisasca müəllim olan Şükür Qəhrəmani dəfələrlə molla rejiminin antitürk siyasətinə etiraz etdiyi üçün həbsə düşüb. Sonuncu dəfə o İnqilab Keşikçiləri Korpusu əməkdaşlarının özbaşınalığına etiraz etdiyinə görə saxlanılmışdı.