Video 10:42 06.04.2020

Günün şeiri “Reinkarnasiya”da: “Hüznlü demokratiya” (VİDEO)

Səsiylə şeirlərə ikinci can verən Anar Adil bu dəfə özünü, öz şeirini dirildib.

Bu şeir üzü qürbətə yazılıb. Bu şeir canını götürüb mənəvi buxovlardan, karantinlərdən üzü qürbətə qaçanlara, qürbətə sığınanlara məktubdu, duadı, nisgildi, xiffətdi. Ancaq bəzən Vətən də qürbət ola bilir: Mən qürbətdə deyiləm, qürbət mənim içimdə...

Bəzən zorən evə qısılmaq, evdə özünü təcrid də qürbət havası əsdirir başımızda, dışımızda. Ev qürbətin episentri olur...
İllah da bu "taclı” günlərdə. 

"Hüznlü demokratiya” elə günümüzün şeiridi. Bir də onu Anar Adil səsləndirə, yaşada...

Pərviz Cəbrayıl