Fevralın 1-dən Gürcüstanda bütün istiqamətlər üzrə müntəzəm aviareyslər bərpa olunacaq.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.
Nazirin sözlərinə görə, uçuşlar bütün tibbi protokol qaydalarına riayət olunmaqla həyata keçiriləcək: "Qərara əsasən, Gürcüstanda fəaliyyət göstərən və fəaliyyətini davam etdirən, həmçinin aviasiya bazarına daxil olmaq arzusunda olan bütün aviaşirkətlər müntəzəm uçuşlar təyin edə biləcəklər”.
Şərhlər