Siyasət 23:07 16.02.2021

Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupu yaradıldı

Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupu yaradılıb. Qrupda 36 deputat yer alacaq.

Qaynarinfo xəbər verir ki, Gürcüstan parlamentinin fevralın 16-da keçirilən iclasında parlamentlərarası dostluq qrupları haqqında qərar qəbul olunub.

Qərar layihəsinə əsasən, Azərbaycan Milli Məclisi ilə dostluq qrupuna parlamentin vitse-spiker Kaxaber Kuçava rəhbərlik edəcək. Qrupun 36 üzvü arasında azərbaycanlı deputatlar Zaur Darğallı və Savalan Mirzəyevin də adları yer alıb.