Siyasət 13:14 27.09.2020

Gürcüstan prezidenti Azərbaycan və Ermənistanı barışığa çağırdı

"Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların bərpasından çox narahatam”.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili rəsmi "Twitter” hesabında yazıb.

"Biz tərəfləri barışığa çağırırıq. Bölgəmizdə sabitlik və sülh bizim ortaq işimiz olmalıdır”, - dövlət başçısı qeyd edib.