Dünya 17:18 22.06.2019

Gürcüstan turistlərin təhlükəsizliyi ilə bağlı bəyanat yaydı

Gürcüstanın Turizm Departamenti turistlərin təhlükəsizliyi ilə bağlı bəyanat yayıb.

Qaynarinfo xəbər verir ki, agentlik dünyanın müxtəlif yerlərindən gələn turistlərin ölkənin görməli yerlərini ziyarət edə biləcəyini bildirib: 

"Rusiya vətəndaşları Gürcüstana tam rahat gələ bilərlər, ölkədə hətta anti-Rusiya aksiyaları fonunda onlar üçün təhlükə yoxdur. Lakin Tbilisinin mərkəzi hissəsində diqqətli olmaq və insanların kütləvi yığışdığı yerlərdən uzaq olmaq tövsiyə olunur".

Ölkədəki etiraz aksiyalarının ictimai nəqliyyatın işinə təsir göstərmədiyi də vurğulanıb.