Ölkə 22:01 24.12.2018

Gürcüstan universiteti azərbaycanlılara saxta diplomlar verir?

Gürcüstan KİV-də Tbilisidəki Qafqaz Beynəlxalq Universitetinin fəaliyyəti ilə bağlı qalmaqallı araşdırma yayımlanıb.

Qaynarinfo xəbər verir ki, yayımlanan məlumatda hazırda bu universitetdə alimlik dərəcəsində təhsil alan Gürcüstan ədliyyə naziri Teya Tsulukianinin təhsil müəssisəsindəki bəzi qanunsuzluqları ört-basdır etdiyi bildirilib.

Mənbənin məlumatına görə, universitet Azərbaycan vətəndaşlarına saxta diplomlar verməklə məşhurdur. Bununla bağlı informasiya prokurorluğa çatsa da, araşdırmalar qısa zamanda başa çatıb.

Universitetin rektoru azərbaycanlılara saxta diplomların verilməsi ittihamını rədd edib.

Məlumatda qeyd edilib ki, nazir özü dərslərdə iştirak etmir. Buna cavab olaraq rektor deyib ki, Tsulukaniani nümunəvi tələbədir.(oxu.az)