Siyasət 20:36 27.02.2020

Gürcüstan və Ermənistanın müdafiə nazirləri sənəd imzaladı

Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Ermənistana rəsmi səfər edib.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazir səfər çərçivəsində ermənistanlı həmkarı David Tonoyanla görüşüb.

Tərəflər bölgədə sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

İ.Qaribaşvili ermənistanlı həmkarına Gürcüstanda müdafiə sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib.

Görüşün sonunda nazirlər Gürcüstan və Ermənistan müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq haqqında plan imzalayıblar.