Siyasət 23:05 06.06.2019

Gürcüstan XİN: "Azərbaycanla sərhəd məsələsinin emosiyasız müzakirəsi vacibdir"

"Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiyası üzrə komissiyanın bu ayın sonunda Tbilisidə keçiriləcək ikinci iclasının dəqiq tarixi hələ bəlli deyil”.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə bildirib.

XİN başçısı deyib ki, sərhəd məsələsi ilə bağlı hər bir detalın strateji tərəfdaş olan Azərbaycanla hər hansı bir emosiyasız müzakirə olunması çox vacibdir:

"Bildiyiniz kimi komissiyanın ilk iclası Bakıda keçirilib. Həmin iclasda növbəti görüşün Tbilisidə keçirilməsi barədə qərar qəbul olunub. İclasın keçirilmə tarixi hələ dəqiqləşməyib”.