Dünya 20:58 22.10.2020

Gürcüstanda daha bir banka hücum olub

Gürcüstanda daha bir banka hücum olub. Bu dəfə cinayətkar Gürcüstan Bankının Kobuleti rayonundakı şöbəsinə hücum edib.

AZƏRTAC xəbər verir ki, inkasatora hücum edən şəxs 75 min GEL aparıb. O hadisə yerindən qaçıb.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.