Dünya 13:12 06.06.2019

Gürcüstanda helikopter qəzası: ölənlər var

Gürcüstanın Kazbeqi qəsəbəsi yaxınlığında helikopter qəzaya uğrayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə mer Aleksandr Zaqaşvili məlumat verib. Hadisə 2 turist və 1 pilotun ölümü ilə nəticələnib. 

Helikopter "Aviator plyus" şirkətinə məxsus olub.

Qəzanın səbəbləri bilinmir.

Gülşən