Siyasət 20:33 31.10.2020

Gürcüstanda parlament seçkiləri yekunlaşdı

Gürcüstanında parlament seçkiləri ilə bağlı səsvermə prosesi başa çatıb.

Qaynarinfo xəbər verir ki, yerli vaxtla saat 20:00-da bütün seçki məntəqələri bağlanıb. Məntəqələrdə səslərin sayılmasına başlanılıb. Gürcüstan üzrə seçki məntəqələrinin 2-5%-i üzrə hesablamalar başa çatandan sonra ilkin nəticələr elan olunacaq.

Yekun nəticələr isə səsvermə günündən 19 gün gec olmayaraq açıqlanacaq.