Gürcüstanda soydaşlarımızın kompakt yaşadıqları Dmanisi rayonunun Gödəkdağ kənd sakinləri torpaqsız qalıblar.
Belə ki, 50-yə qədər ailənin uzun illərdir istifadə etdikləri 25 hektaradək torpaq sahəsi özəlləşdirilib. Nəticədə maldarlıqla məşğul olan Dödəkdağ sakinləri biçindən topladıqları məhsulları götürə bilmirlər.
Onu da bildirək ki, mövcud məsələ ilə bağlı ötən gün Dmanisi rayon İcra Hakimiyyəti qarşısında toplaşan soydaşlarımız rayon rəhbərliyindən problemlərinin həlli ilə bağlı müsbət cavab almayıblar.
Bu gün isə Gödəkdağda torpaq problemi ilə üzləşən onlarla soydaşımız Rustavi şəhərinə gələrək bölgə qurbernatorluğu qarşısında aksiya keçiriblər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər