Video 21:18 21.04.2019

Gürcüstanda xüsusi təyinatlılarla çeçenlər arasında toqquşma (VİDEO)

Gürcüstanda xüsusi təyinatlılarla Pankisi dərəsinin çeçen əhalisi arasında toqquşmalar olub.

Bu barədə "İnterfaks”ın yaydığı məlumatda deyilir.

Bildirilir ki, toqquşmalara səbəb yerli əhalinin Alazan çayında su elektrik stansiyasının tikintisinə etiraz etmək məqsədi ilə keçirdiyi aksiya olub. Əraziyə əlavə olaraq xüsusi təyinatlı qüvvələrin yeridilməsi vəziyyəti daha da gərginləşdirib.

Bu gün səhər etirazçılar xüsusi təyinatlılara daş atmağa başlayıblar. Buna cavab olaraq onlara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə olunub. Həm aksiya iştirakçıları, həm də polis əməkdaşları arasında yaralananlar var.

Qeyd olunur ki, yerli çeçenlər "Molotov kokteyli” ilə dolu şüşələri atmaqla, DİN-in zirehli avtomobillərini və tikinti texnikasını yandırıblar. Xüsusi təyinatlıların hələlik geri çəkildiyi, etirazçıların isə daş yığdığı bildirilir. (oxu.az)