Siyasət 23:44 02.05.2019

Gürcüstanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiya toplanır

"Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı məsələ həssas olduğundan biz buna ehtiyatla yanaşırıq".

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

O, deyib ki, yaxın günlərdə Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiya fəaliyyətini bərpa edəcək.

D.Zalkaliani qeyd edib ki, məsələ ilə bağlı azərbaycanlı həmkarı ilə daimi əlaqə saxlayır: "Biz Azərbaycan tərəfi ilə komissiyanın yenilənməsi ilə bağlı razılıq əldə etmişik".