Güzəştli mənzillər cəmi 40 saniyədə satıldı (FOTOLAR)

Güzəştli mənzillər cəmi 40 saniyədə satıldı (FOTOLAR)

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi – Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı həyata keşirib. 

Qaynarinfo-nun verdiyi xəbərə görə, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-7 saylı binaları üzrə 22 mənzil, həmçinin 8 və 9 saylı binalarında yerləşən 132 mənzil, ümumilikdə 154 mənzil 29 aprel saat 11:00-da start götürüb. 

Onlayn seçim prosesini əlaqədar qurumların təmsilçilərindən ibarət İşçi Qrupu da canlı izləyib.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz verdiyi məlumata görə, mənzillərin seçimi cəmi 40 saniyəyə tamamlanıb: "Ötən satışda ilk satış 9 saniyəyə bvaxt aparmışdısa, bu dəfə ilk satış 4-5 saniyədə tamamlanıb".

Onlayn seçimdə 4350 nəfərdən çox iddiaçı iştirak edib.


XƏBƏRLƏR
BLOGLAR