Ölkə 20:43 25.03.2018

Göygöldə külək daş hasarı maşının üzərinə aşırıb

Göygöl rayonunda gecə saatlarında əsən güclü külək yaşayış evlərindən birinin daş hasarını aşırıb.

Qaynarinfo-nun report-a istinadən məlumatına görə, nəticədə yerli sakin Abbasov Araz Çingiz oğluna məxsus "VAZ-2114" markalı minik avtomobili uçulan hasar daşlarının altında qalıb.

Avtomobilə ciddi ziyan dəyib. Sürücü həmin zaman maşında olmadığı üçün xəsarət almayıb.

Rayon ərazisində küləkli hava şəraiti davam edir.