Ölkə 21:52 25.10.2020

Göygöldə zəlzələ oldu

Azərbaycanda zəlzələ qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 19:38-də Gəncə stansiyasından 22 km cənubda Göygöl ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə dörd, yaxın yaşayış məntəqələrində üç bala qədər hiss olunub.