Dünya 12:11 18.12.2018

Gözdən əlil şəxsə sürücülük vəsiqəsi verildi

Meksikada gözdən əlil şəxsə sürücülük vəsiqəsi verilib.

Qaynarinfo xəbər verir ki, paytaxt Mexikodakı Benito Xuarez bələdiyyəsinə müraciət edən gözdən əlil Kristina adlı qadın lazımi sənədləri təqdim edib, 800 Meksika pesosu (təxminən 40 dollar) ödəyərək 1 saat ərzində sürücülük vəsiqəsi əldə edib. Hadisə ölkədə böyük səs-küyə səbəb olub. Meksikada avtomobil idarə etmək üçün imtahandan keçmək lazımdır, lakin qanunla müəyyənləşdirilmiş bu tələb icra edilmir və hər kəs asanlıqla sürücülük vəsiqəsi əldə edə bilir. 

Gülşən