Sənət 17:55 30.03.2020

Habil Əliyevin həyat yoldaşı qızından danışdı: “Gəldilər, yoxladılar...”

"Vəfa Əliyevanın testləri neqativ çıxıb".

Bunu Qaynarinfo-ya açıqlamasında mərhum kaman ifaçısı, Xalq artisti Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva qızı ilə bağlı yayılmış məlumata aydınlıq gətirərkən deyib. O, qeyd edib ki, qızı xəstəxanaların birində baş həkim işləyir:

"Vəfanın bronxiti var, bu aylarda öskürür. Qızdırması da vardı. Gəldilər yoxladılar, analiz nümunələri götürdülər. Neqativ çıxdı. Hazırda iş başındadır".
Qeyd edək ki, Xalq artisti Habil Əliyevin qızı Vəfa Əliyevanın koronavirusa yoluxması ilə bağlı məlumat yayılıb.  

Bahar Rüstəmli