Maqazin 09:34 04.10.2018

Hacı Nuranın səhhəti yenidən pisləşdi

"Yaxşı deyiləm, özümü pis hiss edirəm. Səhhətim yerində deyil".

Qaynarinfo xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında "Həyat” fondunun prezidenti, aparıcı Hacı Nuran Hüseynov deyib.

O bildirib ki, hazırda səhhəti qənaətbəxş vəziyyətdə deyil.

"Bu günlərdə Almaniyaya gedəcəyəm. Ağrılarım var, günü-gündən arıqlayıram. Özümü narahat hiss edirəm”, - deyə Hacı Nuran bildirib.

Qeyd edək ki, Hacı Nuran ötən günlərdə xəstəxanaya yerləşdirilmiş, daha sonra müalicə üçün Almaniyaya göndərilmişdi.