Ölkə 21:46 07.03.2020

Hacıqabulda gənc ana doğuşdan sonra öldü

Hacıqabulda ana doğuşdan sonra ölüb.

Modern.az-ın məlumatına görə, bu gün Hacıqabul rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində rayonun Atbulaq kənd sakini, 1995-ci il təvəllüdlü Bəşirova Fəxriyyə Mehman qızı oğlan uşağı dünyaya gətirdikdən bir neçə saat sonra kəskin qanaxma səbəbindən həyatını itirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.