Ölkə 15:12 01.06.2018

Tbilisi-Bakı sərnişin avtobusu Hacıqabulda qəzaya düşdü: 19 yaralı var (ADLAR/YENİLƏNİB)

Hacıqabul rayonunda qəzaya uğrayan Tbilisi-Bakı sərnişin avtobusunda xəsarət alanlardan daha 17 nəfərin adı məlum olub. 

"Report"un Aran bürosu xəbər verir ki, onların hamısı Gürcüstan vətəndaşlarıdır. 

Yaralıların siyahısını təqdim edirik: 

1. Qvanca Makhabelli - 2000-ci il təvəllüd 
2. Orbalişvili Petri Qadiroviç sürücü - 1971-ci il təvəllüd
3. Anna Qavuaşvili - 1983-cü il təvəllüd
4. Tamar Okronidze - 1972-ci il təvəllüd
5. Georgi Okronidze. Tamar Okronidzenin oğlu
6. Mariam Datviaşvili - 1995-ci il təvəllüd
7. Muriya Şuşaşin - 2002-ci il təvəllüd
8. Timatin Dokaşvili - 1976-cı il təvəllüd
9. Kuridze Qoderedze - 1991-ci il təvəllüd
10. Eka telberaşvili - 1976-cı il təvəllüd
11. Vano Bluaşvili - 2000-ci il təvəllüd
12. Niktlo Lovjanidze - 1975-ci il təvəllüd
13. Mariya Lovjanidze - 2000-ci il təvəllüd
14. Quli Şatanaşvili - 1964-cü il təvəllüd
15. Vaxtanq Datvirili - 2000-ci il təvəllüd
16. Tamta Şatanyaşvili - 2000-ci il təvəllüd
17. Sofiya iskoveradze - 1988-ci il təvəllüd

Şirvab Şəhər Xəstəxanasına əlavə 2 nəfər də xəsarət alan gətirilib. 

*** 14:05 

Hacıqabul rayonunda Tbilisi-Bakı sərnişin avtobusunda xəsarət alanlardan 6-nın adı məlum olub. 

Gürcüstan vətəndaşı, 1971-ci il təvəllüdlü Orbalişvili Petri Qadiroviçin idarə etdiyi sərnişin avtobusu idarəetmədən çıxaraq "KamAZ"la toqquşub.

Nəticədə sürücü Petri Orbalişvili və avtobusda olan sərnişinlər - 2000-ci il təvəllüdlü Qvanca Makhabelli,  Anna Qavuaşvili, Tamar Okronidze, Georgi Okronidze və Mariam Datviaşvili müxtəlif dərəcəli xəsarətlər alıblar.

***12:58

Hacıqabul rayonunda "Kamaz"la toqquşan nəqliyyat vasitəsi Tbilisi-Bakı sərnişin avtobusudur.

"Report" xəbər verir ki, Hacıqabul rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının və Şirvan şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları hadisə yerinə cəlb ediliblər.

İlkin məlumatlara görə, yaralılardan 14 nəfəri Şirvan Şəhəri Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digər yaralıların isə Hacıqabul Rayonu Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Yaralıların ümumi sayının 30-dək olduğu bildirilir. Yaralılardan ikisinin vəziyyəti ağırdır, digərlərinin həyatına təhlükə yoxdur.

*** 12:33

Hacıqabul rayonunda sərnişin avtobusu qəzaya düşüb.

"Report" xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atbulaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb. Nəticədə iki nəfər yaralanıb. 

Faktla bağlı araşdırma aparılır.