Ölkə 12:53 27.06.2019

Hadı Rəcəbli: “Sabiq deputatların pensiyası artırılacaq”

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında pensiyada olan deputatların pensiyasının artırılmasını təklif edib.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, o deyib ki, sabiq deputatlar ona müraciət ünvanlayıblar.

"Sabiq deputatlar mənə müraciət ediblər ki, Milli Məclisdə pensiya məsələsinə baxılsın. Onlar pensiyanın məbləğindən narazılıq edirlər”, - o vurğulayıb. 

Deputat dövlət qurumlarına müraciət edərək bu məsələyə baxılmasını xahiş edib.

Parlamentin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli isə deyib ki, bu məsələ gündəmdədir, pensiyanın artırılması nəzərdə tutulur.