Ölkə 09:46 25.12.2018

"Halal" MTK-da faciə: Usta binadan yıxılıb öldü

Abşeronda tikintidə ölüm hadisəsi baş verib.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsi ərazisində qeydə alınıb. Saray qəsəbəsi, Əmirov küçəsində "Halal" MTK şirkətinin inşa etdiyi hündürmərtəbəli yaşayış binasında usta işləyən, 1981-ci il təvəllüdlü Həbibzadə Camal Mircəfər oğlu suvaq işləri apararkən binanın 9-cu mərtəbəsindən yıxılıb.

O, hadisə yerində dünyasını dəyişib. 

Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi başlanıb.