Foto 17:55 10.04.2019

Halal turizm reytinqi açıqlandı: Azərbaycan neçəncidir? (SİYAHI)

Müsəlman ölkələrinin ən çox səfər etdiyi ölkələrin reytinqi açıqlanıb. 

Qaynarinfo xəbər verir ki, siyahıda İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlər arasında İndoneziya və Malayziya liderlik edir, Türkiyə ikinci, Səudiyyə Ərəbistanı isə üçüncü pillədədir.

İƏT-ə üzv olmayan ölkələr içərisində isə birinci yerdə Sinqapur, ikinci yerdə Tailand, üçüncü yerdə isə Tayvan, İngiltərə və Yaponiya qərarlaşıb.

130 ölkənin adı olan siyahıda Azərbaycan isə 25-ci sıradadır.

Qeyd edək ki, islam turizmi reytinq cədvəli hazırlanarkən halal yemək, ibadətgahlar, tolerantlıq, təhlükəsizlik və s. amillər nəzərə alınıb.