Hamburqda "Böyük 20-lik" əleyhinə aksiyalar davam edir (FOTOLAR)

Hamburqda "Böyük 20-lik" əleyhinə aksiyalar davam edir (FOTOLAR)

Almaniyanın Hamburq şəhərində "Böyük 20-lik" ölkələrinin görüşünə qarşı keçirilən etiraz aksiyaları səngimək bilmir.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, küçələrdə qurduqları barikadaları yandıran nümayişçilərə polislər su və bibər qazı ilə müdaxilə edib, lakin daha ciddi tədbirlər görülməyib.

Yanğınlar Hamburq küçələrinin dumana bürünməsinə səbəb olub. Dünəndən bəri 196 polis yaralanıb və 83 nəfər həbs edilib. Nümayişçilər arasında da xəsarət alanlar var və onlardan 11-nin vəziyyəti ağırdır.

Şəhər polisi vətəndaşlara ərazidən uzaq durmağı məsləhət görüb. 

Etiraz aksiyaları bu gün də davam edəcək.

Gülşən

Qaynarinfo.Az

XƏBƏRLƏR
BLOGLAR