Ölkə 16:54 18.02.2014

Hamı satqındır... Eynulladan başqa! - KÖŞƏ


Zahir Əzəmət

Azərbaycanda hamı satqındır...

Səsini satan, qələmini satan, evini, kompyuterini, köhnə maşınını satan...

Bircə Eynulladan başqa!

Odur qəlbimizin fərəhi, ruhumuzun qidası, könlümüzün aynası, aynamızın darağı,
masamızın arağı,
dəftərimizin varağı,
həyatımızın marağı,
ordumuzun yarağı,  
İsmayıllının "Çırağı",
kommunizmin orağı,
pentensiarın sorağı,
demokratiyamızın qırağı,
ağbirçəklərin yanağı,
antenamızın çanağı,
şalvarımızın balağı,
mediamızın çalağı,
zəmanəmizin uşağı...
Yəni ənnağı...

Yəni
Biz ona borcluyuq atəşkəsləri,
Biz ona borcluyuq filankəsləri...

Yəni
Dolaşır dillərdə adı, şöhrəti,
Heç vaxt yenilməzdir onun qüdrəti
Tanıyır gücünü hər el, hər məkan,
Odur bu dünyada sülhü qoruyan

Adıyla bəzəyir gözəl yurdumu,
Yəni
Kefiniz durdumu?