Dünya 12:03 04.06.2018

Hamilə inəyə ölüm hökmü verildi: Aİ sərhədini qanunsuz keçib

Avropa İttifaqı sərhədini tərk edərək Bolqarıstandan Serbiyaya getmiş hamilə və sağlam inək barədə ölüm hökmü verilib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Penka adlı inək geri gətirilərək sahibi İvan Haralampiyevə verilib, lakin Aİ-nin idxal barədə qanunlarına əsaslanaraq inək barədə ölüm qərarı qəbul edilib. Qanuna görə, iribuynuzlu heyvanlar Aİ-yə baytarlıqdan alınmış sağlamlıq sertifikatı ilə daxil olmalıdır.

Penka hamilədir və doğuşa təxminən 3 ay vaxt qalıb.

İnəyin xilas edilməsi üçün artıq imza kampaniyasına start verilib. 

Bolqarıstan Baytarlıq İdarəsi məsələ barədə hökm verə bilmədiklərini, Brüssel qanunlarına tabe olduqlarını vurğulayıb.

Gülşən