Dünya 18:40 09.04.2020

Hansı insanlar koronavirusa həssasdır? - Astroloq Vasilisa

Rusiyalı münəccim və teleaparıcı Vasilisa Volodina İnstaqram səhifəsində koronavirus xəstəliyinə tutulma riskinin çox olduğu insanları göstərən məlumat yerləşdirib.

Qaynarinfo xəbər verir ki, astroloq 1950-ci ildən 2019-cu ilə qədər bəzi həftələrdə doğulanların geniş siyahısını hazırlayıb. O, bu siyahıya düşən hər kəsdən sağlamlığına xüsusi diqqətlə yanaşmağı xahiş edib.

Məsələn, 28 oktyabr-30 oktyabr 1969-cu il tarixlərində anadan olanlar və ya 30 iyun-2 iyul 1991-ci il təvəllüdlülər risk altında olanlardır. Bütün həftələr və illər müvafiq məlumatların "foto karuselində" təqdim olunub.

Eyni zamanda, münəccim deyib ki, həyəcana qapılmaq yox, sadəcə bütün tövsiyələrə əməl etmək lazımdır.

"Ehtiyatlı olmağa, gigiyena və sosial məsafə saxlamağa ehtiyacımız var. Siqaretdən də imtina etməliyik", - astroloq vurğulayıb.
 
Alpər