Foto 18:43 15.02.2019

Şahzadənin bahalı səfəri etiraza səbəb oldu (FOTOLAR)

İngiltərə ordusunun Şimal Qütb Dairəsində həyata keçirdiyi hərbi təlimdə iştirak edən Sasseks hersoqu Şahzadə Harri həyat yoldaşı Meqan Marklı Sevgililər Günü tək qoymayıb.

Qaynarinfo xəbər verir ki, Harri Norveçdə təlimdə iştirak edəndən sonra səfər dəyəri 18200-21450 funt-sterlinq aralığında olan xüsusi təyyarə ilə ölkəsinə qayıda bilib. Şahzadənin sevgililər günündə 7 aylıq hamilə olan Marklın yanına qayıtmasının həyat yoldaşı tərəfindən sevinclə qarşılandığı bildirilir. Lakin bu fakt insanlar tərəfindən birmənalı qarşılanmayıb. Səfərin dövlət tərəfindən maliyyələşdirilməsi müzakirə mövzusuna çevrilib və vətəndaşlar şəxsi məqsədlər üçün bahalı səyahətlərin edilməsinə etirazlarını bildirib.

Gülşən