İdman 10:27 16.01.2019

Harri Keyn marta qədər sıradan çıxıb

İngiltərənin "Tottenham" klubunun futbolçusu Harri Keyn 1,5 ay müddətinə sıradan çıxıb.

Qaynarinfo xəbər verir ki, 25 yaşlı futboçu bazar günü "Mançester Yunayted"lə keçirilən görüşdə ciddi zədə alıb. Bildirilir ki, Keynin sol ayaq topuğunun bağında zədə yaranıb. 

Forvardın növbəti oyununu martda keçirəcəyi gözlənilir.

Qeyd edək ki, Harri Keyn bu günə qədər "Tottenham"in heyətində 31 oyuna çıxıb və 20 qol vurub.

Gülşən