Dünya 20:36 08.09.2017

Harvey və İrmadan sonra Jose və Katie gəlir

ABŞ-ın Texas ştatını darmadağın edən Harvey qasırğasından sonra Mərkəzi Amerika və ABŞ İrma qasırğası ilə mübarizə aparır. Gələn həftə isə Jose və Katie qasırğalarının hakim olacağı gözlənilir.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ABŞ-a 100 milyard dollardan çox zərər vuran Harvey qasırğasından sonra bazar günü Floridada İrma qasırğası hakim olacaq. Sürəti 300 km-ə çatan İrma Barbuda, Müqəddəs Martin və Müqəddəs Bartelemi adalarında artıq 13 nəfərin ölümünə səbəb olub. Porto Rikoda 1 milyondan çox insanı elektriksiz buraxan qasırğa bu gün Kubaya, sonra isə ABŞ-ın Florida ştatına çatacaq. Fövqəladə vəziyyət elan edilən ştatda 500 min nəfərə evlərini tərk etmək məsləhət görülüb. Ümumilikdə isə 1,2-26 milyon arası insan İrmanın təsirinə məruz qalacaq.

Jose və Katie qasırğaları Liivord adaları və Meksika körfəzinə çatacaq. Gələn həftənin əvvəlində ABŞ-ın Corca, Cənubi və Şimali Karolina ştatlarında isə dəhşətli fırtına, torpaq sürüşmələri gözlənilir.

Gülşən

Qaynarinfo.Az