Dünya 19:14 02.02.2019

Hava limanında həyəcan: polis üzərində bomba olduğunu deyən şəxsə atəş açdı

Avtraliyanın Brisben şəhərində hava limanında həyəcanlı anlar yaşanıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, üzərində bomba olduğunu deyən bir nəfər hava limanını partladacağı ilə hədələyib. Bu zaman polis həmin şəxsə atəş açıb. Hava limanına xüsusi təyinatlı qüvvələr cəlb edilib və sərnişinlər təxliyə olunub.

Həmin şəxsin hazırda polis sorğusunda olduğu bildirilir. Vətəndaşlara aeroportdan uzaq dayanmaları barədə xəbərdarlıq edilib.