Foto 12:31 28.09.2018

"Hayabusa 2" qurğuları Ryugu asteroidindən növbəti görüntüləri çəkib (FOTOLAR)

Ryugu asteroidi üzərinə ötən həftə eniş edən Yaponiyaya məxsus "Hayabusa 2" asteroid tədqiqatçısı robotunun səyahət və tədqiqat qurğuları kosmik cism üzərində əldə etdikləri növbəti informasiyaları ötürüb.

Qaynarinfo Space.com-a istinadən xəbər verir ki, "Minerva-II1A" və "Minerva-II1B" qurğuları asteroidin hər iki hissəsindən fotolar çəkməyə nail olublar. Şəkillərdə kiçik kosmik cismin qayalı səthi, düşən Günəş şüası aydın görünür. 

Qeyd edək ki, qurğular təkərlərə sahib deyil və asteroid üzərində hoppanaraq irəliləyir. "Minerva-II1A" və "Minerva-II1B" qurğularının bu formada dizaynının səbəbi Ryugunun cazibə qüvvəsinin zəif olmasıdır. 

Gülşən