Ölkə 17:13 31.10.2020

Hazırda Ağdərə, Xocavənd və Qubadlı istiqamətində döyüşlər davam edir (RƏSMİ)

"Düşmən həm döyüş texnikası, həm canlı qüvvə baxımından verilən ağır itkilər nəticəsində hər dəfə geri çəkilməyə məcbur edilir”.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

"Hazırda Ağdərə, Xocavənd və Qubadlı istiqamətində döyüşlər davam edir və düşmənə qarşı ciddi tədbirlər görülür", - o, əlavə edib.