İdman 17:17 04.09.2019

Nurməhəmmədov döyüşdə 6 milyon dollar qazanacaq

UFC versiyası üzrə dünya çempionu Həbib Nurməhəmmədov növbəti döyüşə hazırlaşır.

Qaynarinfo xəbər verir ki, rusiyalı döyüşçü amerikalı həmkarı Dastin Porye ilə qarşılaşacaq. Döyüş sentyabrın 7-də Əbu-Dabidə baş tutacaq.

Artıq Nurməhəmmədovun bu döyüşdən əldə edəcəyi məbləğ də açıqlanıb. Rusiyalı döyüşçü qarşılaşmada 6 milyon dollardan çox qazanacaq. Bu barədə onun atası Abdulmanap Nurməhəmmədov məlumat verib. 

"Bu dəfə qanorar əvvəlki döyüşdən 3-3,5 dəfə çox olacaq. Biz öz qiymətimizi bilirik. Qəpik-quruş üçün döyüşmürük" deyə ata Nurməhəmmədov bildirib.

Qeyd edək ki, Həbib irlandiyalı Konor Makqreqorla döyüşdən 2 milyon dollar qazanmışdı.