Yüngül çəkidə UFC versiyası üzrə son çempion Həbib Nurməhəmmədov təşkilatla yeni müqavilə bağlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə dağıstanlı döyüşçünün meneceri Əli Əbdül-Əziz məlumat verib. Menecer müqavilənin detallarını açıqlamayıb. Amma Həbibin bir neçə döyüş keçirəcəyini deyib.
Artıq idmançının növbəti rəqibi də bəllidi. Nurməhəmmədov sentyabrın 7-də amerikalı Dastin Puarye ilə döyüşəcək. Görüş Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçiriləcək.
Şərhlər