İdman 19:48 19.10.2018

Həbibin atası Makqreqoru Dağıstana dəvət etdi

Həbib Nurməhəmmədovun atası Konor Makqreqoru bağışladığını və onu Dağıstana dəvət etdiyini bildirib.

"Ölkə.Az” xəbər verir ki, Əbdülmanaf Nurməhəmmədov 7 oktyabrda oğluna məğlub olan Konoru bağışladığını qeyd edib.

"Keçmiş UFC çempionu Oleq Taktarov və Makqreqoru 15 dekabrda Dağıstanın idman sarayında keçiriləcək peşəkar sambo üzrə dünya çempionatına dəvət edirəm. Döyüşdən əvvəl məni təhqir edən Makqreqoru bağışlayıram. Hər şeyin üstündən keçirəm və bağışlayıram. Mərhəmətli olmalıyam. Konora qarşı kin bəsləmirəm”, - deyə Həbibin atası bildirib.

Ata Nurməhəmmədov başda Türkiyə olmaqla digər ölkələrdəki idman müəllimlərinə səslənərək çempionatda iştirak etməyə dəvət edib.