İdman 16:36 15.10.2018

Həbibin Konoru məğlub etdiyi an divara həkk olundu (FOTO)

İstanbulda küçələrdən birinə dağıstanlı boksçu Həbib Nurməhəmmədovun irlandiyalı döyüşçü Konor Makqreqoru məğlub etdiyi anın qrafiti çəkilib.

Qaynarinfo xəbər verir ki, Nurməhəmmədov Məhəmməd Əmin Türkmənin çəkdiyi qrafitin fotosunu "Instagram" hesabında paylaşaraq, öz təşəkkürünü bildirib.

"Türkiyədə bir yer. Dəstəyiniz üçün təşəkkür edirəm", - deyə Həbib yazıb.