Dünya 15:06 26.03.2019

Həbsdə saxlanılan sabiq prezident barədə qərar verildi

Braziliyanın sabiq prezidenti Miçel Temer barədə qərar çıxarılıb.

Qaynarinfo xəbər verir ki, korrupsiyada ittiham edilən Temer ötən həftə sübutları məhv etmə təhlükəsinə görə həbs edilmişdi. Məhkəmə onun azadlığa buraxılması barədə qərar çıxarıb. 

Yanvar ayında vəzifədən gedən Miçel Temerin 300 min dollar rüşvət alması barədə sübutların olduğu iddia edilir. Sabiq ölkə rəhbərinin təmsil olunduğu partiyanın Braziliyanın "Odebrecht" tikinti şirkətindən 40 milyon dollar rüşvət alması da iddialar arasındadır.

Gülşən