Video 16:00 26.01.2019

Həbsxanada 1 dəqiqədə dəhşət yaşandı (VİDEO 18+)

ABŞ-ın Ohayo ştatında həbsxanaların birində dəhşətli hadisə baş verib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, masaya qandallanmış 5 məhkumdan biri affekt vəziyyətə düşərək qolundakı qandalı açmağı bacarıb və digər 4 məhkumə hücum edib.

İçəri necə keçirdiyi bilinməyən kəsici alətlə o, məhkumlardan ikisini yaralayıb. Nə edəcəklərini bilmyən digər məhkumlar masanın ətrafında dönüb, özlərini müdafiə etməyə çalışıblar.

Hadisə həbsxana kameraları tərəfindən qeydə alınıb.

Sözügedən görüntüləri təqdim edirik: