Dünya 14:17 20.05.2019

Həbsxanada üsyan: azı 32 ölü var

Tacikistanın qərbində yerləşən Vahdat şəhərindəki həbsxanada üsyan olub.

Qaynarinfo xəbər verir ki, 30 İŞİD üzvü 3 həbsxana nəzarətçisini girov götürüb. Hadisədən sonra üsyan və qarşıdurma yaşanıb. Təhlükəsizlik əməkdaşlarının müdaxiləsi ilə üsyan yatırılıb və azı 32 nəfər həyatını itirib.

Hadisə ilə əlaqədar istintaq prosesi başlanılıb.

Gülşən