İdman 19:30 13.10.2018

Həbsxanaya düşmüş futbolçular: terrorçuluq, zorlama, adam ölümü - SİYAHI

Qaynarinfo fanat.az-a istinadən xəbər verir ki,  rusiyalı futbolçular - "Zenit"in üzvü Aleksandr Kokorin və "Krasnodar"ın oyunçusu Pavel Mamayev həms edilib. Dövlət məmurunu döyməkdə günahlandırılan futbolçular dekabrın 8-dək azadlıqdan məhrum ediliblər.

Bu dünya futbolunda baş verən ilk hadisə deyil. Bundan əvvəl də çoz sayda futbolçunun yolu həbsxanadan keçib. Həbsxanaya düşmüş bəzi futbolçuları təqdim edirik.

Adam Çapman - 2009-uc ildə avtoqəza zamanı bir nəfərin ölümünə səbəb olub və 30 ay həbs yatıb.

İan Vrict - Bir zamanlar "Arsenal" forması geyinən futbolçu maşınlarının vergi borcunu ödəmədiyi üçün məhkumluq həyatı yaşayıb.

Stiq Toftinq - Komanda yoldaşları ilə "DÇ-2002"nin oyununu izləyərkən restoranda dava saldığına görə 4 ay cəza alıb.

Peter Suan - Karyerasının ən uğurlu dövründə qumar oynadığı üçün həbsə düşüb və uzun müddət həbsxanada qalıb.

Nizar Trabelsi - "Əl Qaide" terror təşkilatı iəl əlaqəsi olduğu üçün 10 il həbs cəzası alıb.

Li Haqes - Maşını ilə yol kənarında dayanmış avtomobili vuran və içindəkilərin ölümünə səbəb olduğu üçün həbs edilib. Hadisə zamanı futbolçu sərxoş olub.

Coy Barton - Küçədə insanların üzərinə maşın sürdüyü üçün həbs edilib. Bundan əvvəl isə o, komanda yoldaşını döydüyünə görə həbsə düşmüşdü.

Miki Tomas - Sənəddə saxtakarlıq və çirkli pulların yuyulmasında ittiham olunaraq 18 ay həbs cəzası alıb.

Peter Storey - Qızıl qaçaqmalçılığı ittmahım ilə məhkum edilib. Daha sonra isə pornoqrafik filmlər çəkdiyi üçün həbsə düşüb.

Corc Best - Sərxoş avtomlbil sürərək əməkdaşına hücum etdyii üçün məhkumluq həyatı yaşamış futbolçular arasına düşüb.

Dunkan Ferqyusson - Adı bir çox qalmaqallarda hallanmış futbolçu "Raith Rovers"in hücumçusu Con Makstiyə kəllə atdığına görə həbs edilib.

Rene Hiquyta - 1993-cü ildə adam oğurluğunda ittiham olunaraq həbsə düşüb. Həmin şəxsi qaçırmağı isə ondan məşhur kolumbiyalı narkobaron Pablo Eskobar istəyib.

Can Molbi - ərxoş vəziyyətdə qəzaya düşdüyü üçün həbs edilib.

Toni Adams - "Qəbələ"nin sabiq baş məşqçisi maşınını evinin yaxınlığındakı divara çırpıb. Müayinə zamanı normadan 27 qat artıq spirtli içki qəbul etdiyi müəyyənləşəndən onra həbs olunub.

Adam Yohnson - 15 yaşlı qızla cinsi əlaqəyə girdiyinə görə məhkum edilib.

Çad Evans - Bir qız uşağına təcavüz edərək 5 həbs cəzası alıb.