Dünya 10:50 14.08.2017

Həcc ziyarətinə gedən 31 nəfər dünyasını dəyişdi

Həcc ziyarətinə gecən 31 nəfərin dünyasını dəyişməsi ilə bağlı xəbər yayılıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Pasport İdarəsi bu barədə məlumat yayıb. Xarici ölkələrdən gələn ziyarətçilərin ölüm səbəbi hələlik bilinmir.

Qeyd edək ki, bu il Məkkəni ziyarət edənlərin 614 mini hava, 8 mini quru, 487 mini isə dəniz yolundan istifadə edib. Müqəddəs məkanı ziyarət zamanı hər il ölümlər qeydə alınır.

Ötən il bölgəni ziyarət edənlərin sayı 1.9 milyon nəfər olmuşdu.

Gülşən

Qaynarinfo.Az