Foto 21:30 28.04.2019

"Hekayəm var" təqdim edildi (FOTOLAR)

Aprelin 27-də Nizami Kino Mərkəzində "Hekayəm var" adlı ədəbi-bədii konsert ictimaiyyətə təqdim edilib.

Bir sıra ədəbiyyat, mədəniyyət, KİV nümayəndələrinin və eləcə də sənətsevərlərin iştirakı ilə baş tutan tədbir yumoristik hekayələrdən, parodiyalardan və ifalardan ibarət olub.

Qeyd edək ki, lahiyənin rəhbəri Elvin Paşa, təşkilatçısı Pərviz Arif, baş senarist Elşən Mehdi, senaristləri Pərviz Arif, Elşən Mehdi, Fuad Rəsulzadə, Rauf Məmmədzadə, musiqili qonaq Elvin Mirzəzadə olub.

Hekayələri Elvin Paşa, Kamran Kubinka, Rauf Məmmədzadə, Kərim Abi, Cavidan Fatihi, Rəşad Nağı Mustafa və Fuad Rəsulzadə danışıb.