Ölkə 21:41 05.08.2017

Həkimlər hamilə qadının həyatını xilas edə bilmədilər

Tovuzda hamilə qadın ölüb.

"Qaynarinfo" APA-ya istinadən xəbər verir ki, Ağstafa rayonu, Tatlı kənd sakini, 32 yaşlı Şəlalə Qasımova ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardımın göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. 

İlkin ehtimala görə, ölümə səbəb 7 aylıq hamilə olan Ş. Qasımovanın bətnində uşağın ölməsi nəticəsində qanaxmanın baş verməsi göstərilir.

Faktla bağlı araşdırma aparılır. 

Qaynarinfo.Az