Sənət 11:10 10.01.2022

Həkimlər Şəfiqə Eyvazovanı evə buraxdı

COVİD-19 infeksiyasına yoluxan kamança ustası, Xalq artisti Şəfiqə Eyvazova evə buraxılıb.

Bu barədə Qanarinfo-ya açıqlamasında sənətkarın həyat yoldaşı Arif Əsədullayev deyib. O bildirib ki, həkimlər müalicəni ev şəraitində davam etdirməyi məsləhət görüb:

"Həyat yoldaşımla mən koronavirusa yoluxduq. Neçə gündür ki, Mərkəzi Gömrük Hospitalında müalicə olunurduq. Artıq evdəyik, həkimlər vəziyyətimizin yaxşı olduğunu deyir. Amma müalicəni ev şəraitində davam etdiririk”. 

Bahar Rüstəmli